Cəmiyyət
Bakıdan Kürdəmirə rəmzi qatar yola salındı - FOTO
"Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı Dəmiryol Vağzalından Kürdəmir stansiyasına rəmzi qatar yola düşüb. Oxu.Az xəbər verir ki, bu, Azərbaycanın bölgələrinə hərəkət edən sərnişin qatarlarının növbəti dayanacağıdır. Qatar Kürdəmirə 2 saat 11 dəqiqəyə çatacaq. Qeyd edək ki, aprelin 18-dən Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə veriləcək. Bakı-Qazax-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı-Ağstafa-Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq. Bilet satışı bu gündən başlayır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az