Dünya
Co Baydenin oğlunun borc qalmaqalı böyüyür: O, pulları kimə ödəməlidir?
ABŞ-nin keçmiş prezidenti Co Baydenin oğlu Hanter Bayden Kaliforniya ştatında 20 milyon dollardan çox olan borcunu ödəməkdən boyun qaçırır. Oxu.Az xəbər verir ki, bu barədə "The New York Post" (NYP) nəşri məlumat yayıb. Nəşrin mənbələri iddia edirlər ki, hazırda Hanter Bayden Los-Ancelesin ətrafında, sahəsi 32 min hektardan çox olan malikanədə yaşayır. Onun CAR-da məskunlaşması barədə yayılan xəbərlər isə sadəcə Baydenlər ailəsinin onun pulsuz olduğunu və hesablarını ödəyə bilmədiyini göstərmək üçün işlətdiyi bir fənddir. Nəşrin məlumatına əsasən, Hanter Baydenin Vaşinqtondakı hüquqşünaslar komandasına təxminən 17 milyon dollar, iş adamı və keçmiş həmkarı Kevin Morrisə 5 milyon dollar, adı açıqlanmayan incəsənət dilerinə isə bir milyon dollardan çox borcu var. Xatırladaq ki, bundan əvvəl "The Daily Mail" qəzeti məhkəmə sənədlərinə istinadən yazmışdı ki, kiçik Bayden 17 milyon dollar məbləğində borcuna görə Birləşmiş Ştatları tərk edə bilərdi. Hətta onun Cənubi Afrika Respublikasına (CAR) səfərlər etdiyi də bildirilirdi.
Mənbə
oxu.az