Cəmiyyət
Bakıdan Kürdəmirə rəmzi qatar yola düşdü
Bu gün Azərbaycan Dəmir Yolları QSC-nin Bakı Dəmiryol Vağzalından Kürdəmir stansiyasına rəmzi qatar yola düşüb.
Axar.az xəbər verir ki, aprelin 18-dən isə Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə veriləcək.
Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, həmçinin həftəsonları və bayram günləri təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq.
Bilet satışı aprelin 17-dən başlayır.
Bakıdan Kürdəmirə qatar 3 saat 11 dəqiqəyə çatacaq.
Mənbə
axar.az