Dünya
"Bosch" 17 ildən sonra ilk dəfə ili zərərlə başa vurdu
Dünyanın ən böyük avtomobil komponentləri təchizatçılarından biri olan "Bosch" şirkəti son 17 ildə ilk dəfə maliyyə ilini zərərlə tamamlayıb. Oxu.Az xəbər verir ki, bu barədə "Bild" nəşri Almaniyanın texnologiya konserninin maliyyə hesabatına istinadən məlumat yayıb. 2025-ci ilin yekunlarına görə, şirkətin xalis zərəri 400 milyon avro təşkil edib. Halbuki 2024-cü ildə "Bosch"un vergiləri ödədikdən sonrakı mənfəəti 1.3 milyard avro olmuşdu. Daha əvvəl şirkət yalnız 2009-cu il qlobal böhran dövründə zərərə uğradığını açıqlamışdı. Zərərin əsas səbəbi kimi işçi ixtisarları ilə bağlı xərclər göstərilir. Belə ki, "Bosch" bu məqsədlə 2.7 milyard avro vəsait sərf edib. Bundan əlavə, ABŞ tərəfindən tətbiq olunan rüsumlar, valyuta məzənnələrindəki dalğalanmalar və məhsulun yüksək maya dəyəri də şirkətin maliyyə nəticələrinə mənfi təsir göstərib.
Mənbə
oxu.az