Dünya

İtaliyada bankda insanları girov götürmüş cinayətkarlar yeraltı tuneldən qaçıblar

17 Apr 2026, 07:18 1 baxış
İtaliyada bankda insanları girov götürmüş cinayətkarlar yeraltı tuneldən qaçıblar
İtaliyanın Neapol şəhərində yerli banklardan birinə silahlı hücum edən şəxslər insanları girov götürdükdən sonra hadisə yerindən yeraltı tunel vasitəsilə qaçmağa müvəffəq olublar. Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir ki, cinayətkarlar bankda olan 25 nəfəri girov götürüblər. Bu zaman hadisə yerinə Toskana vilayətindən xüsusi təyinatlı qüvvələr cəlb olunub. Hüquq-mühafizə orqanları hücumçularla danışıqlar apardığı müddətdə, xüsusi təyinatlılar binaya pəncərədən daxil olaraq əməliyyata başlayıblar. Əməliyyat zamanı atəş səsləri eşidilib, səs qumbaralarından istifadə edilib. Lakin silahlı şəxslər əvvəlcədən hazırladıqları tunel vasitəsilə aradan çıxmağı bacarıblar. Ehtimala görə, cinayətkarlar şəhərin kanalizasiya sisteminə daxil olaraq izlərini itiriblər. Soyğunçuların bank seyflərindəki vəsaiti ələ keçirdikləri bildirilsə də, dəqiq məbləğ hələlik açıqlanmır. Bütün girovlar azad edilib, hadisə nəticəsində ciddi xəsarət alan olmayıb. Hazırda faktla bağlı genişmiqyaslı axtarış tədbirləri davam etdirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər