Dünya
Nəhəng canlının cəsədi Venesiyadakı kanalın önünü kəsdi
İtaliyanın Venesiya şəhərində çəkisi bir tondan artıq olan ay-balığın cəsədi Sakka-Sessola adası yaxınlığındakı kanalda hərəkəti iflic edib. Oxu.Az "Need To Know" nəşrinə istinadən xəbər verir ki, axın nəticəsində cəsəd intensiv gəmiçilik olan kanala sürüklənib. Yalnız üzən kiçik kranla təchiz olunmuş yanğınsöndürmə briqadasının köməyi ilə balığı sudan çıxarmaq mümkün olub. Bununla belə, kanalın tam təmizlənməsi bir neçə saat çəkib. Qeyd edilir ki, ay-balıqlar müasir sümüklü balıqlar arasında ən ağır növ hesab olunur. Ayrı-ayrı fərdlərin çəkisi iki tondan çox ola bilər, uzunluğu və eni isə 3-4 metrə çata bilir.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az