Dünya

KİV: İranda həbsdə olan Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədinin sağlamlıq vəziyyəti pisləşib

17 Apr 2026, 02:24 1 baxış
KİV: İranda həbsdə olan Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədinin sağlamlıq vəziyyəti pisləşib
İranlı hüquq müdafiəçisi və Nobel sülh mükafatı laureatı Nərgiz Məhəmmədi həbs cəzasını çəkdiyi həbsxanada çox ağır vəziyyətdədir. Oxu.Az xəbər verir ki, bu barədə "France 24" telekanalı hüquq müdafiəçisinin şərəfinə yaradılmış "Narges Foundation"ın bəyanatına istinadən məlumat yayıb. Onu ziyarət edən ailə üzvləri və vəkillər N.Məhəmmədinin sağlamlığının kəskin pisləşdiyi barədə məlumat veriblər. Fondun məlumatına görə, o, qətllərə görə məhkum edilmiş kamera yoldaşları tərəfindən təhdidlərə məruz qalır. Bu, hüquq müdafiəçisinin onsuz da ağır vəziyyətini daha da ağırlaşdırır. Qeyd edək ki, N.Məhəmmədi 2023-cü ildə "İranda qadınlara qarşı zülmlə mübarizə və insan hüquqları və azadlıqlarının təmin edilməsindəki səylərinə görə" Nobel Sülh Mükafatına layiq görülüb. Daha əvvəl N.Məhəmmədi İranda yeddi ildən çox həbs cəzasına məhkum edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər