Dünya

Dağıstanda bir neçə kilometrlik torpaq sürüşməsi baş verib - VİDEO

17 Apr 2026, 01:54 1 baxış
Dağıstanda bir neçə kilometrlik torpaq sürüşməsi baş verib - VİDEO
Rusiyanın Dağıstan Respublikasının Aşağı Ubekimaxı kəndi yaxınlığındakı dağlıq ərazidə bir neçə kilometr uzunluğunda torpaq sürüşməsi qeydə alınıb. Oxu.Az bu barədə "Baza" "Telegram" kanalına istinadən xəbər verir.
Hadisə nəticəsində tonlarla torpaq çaya tökülüb və bu da yaxın kəndlərin su altında qalması təhlükəsini yaradıb. Təbii fəlakətin əsas səbəbi kimi mart ayının sonlarından etibarən davam edən güclü leysan yağışları göstərilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər