Dünya
Slovakiya Ukraynaya 90 milyard avroluq kreditin verilməsinə dair mövqeyini bildirdi
"Slovakiya Avropa İttifaqının Ukraynaya 90 milyard avro məbləğində kreditin verilməsini bloklamayacaq". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Slovakiyanın xarici və Avropa işləri naziri Yuray Blanar bildirib. Bununla yanaşı, Y.Blanarın sözlərinə görə, Slovakiya "Drujba" neft kəmərinin fəaliyyətinin bərpası barədə təminat alana qədər Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiyalar paketini bloklamaq niyyətindədir.
Mənbə
oxu.az