Dünya
Tramp: "İranla həftəsonu sövdələşmə əldə oluna bilər"
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehranın artıq bu həftəsonu sövdələşməyə nail ola biləcəyini ehtimal edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki o, bu barədə jurnalistlərin İranla sazişin nə vaxt imzalana biləcəyi ilə bağlı sualını cavablandırarkən deyib. D.Tramp ABŞ və İran münaqişənin dayandırılması barədə razılığa gələrsə, İslamabada gedəcəyini istisna etməyib. "Əgər sövdələşmə İslamabadda əldə olunarsa, mən gedə bilərəm" , - deyə dövlət başçısı bildirib.
Mənbə
oxu.az