Cəmiyyət
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. "Qaz xətləri üzərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 17 aprel saat 10:00-dan etibarən Sabunçu və Qaradağ rayonlarında bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda qeyd olunub.
Mənbə
oxu.az