Dünya

Netanyahu: "İsrail ordusu atəşkəs başlayandan sonra Livanın cənubunda qalacaq"

16 Apr 2026, 21:48 1 baxış
Netanyahu: "İsrail ordusu atəşkəs başlayandan sonra Livanın cənubunda qalacaq"
"Aprelin 17-si gecə yarısından (Bakı vaxtı ilə saat 01:00-dan - red.) etibarən atəşkəs rejimi qüvvəyə mindikdən sonra İsrail ordusu Livanın cənubunda tutduğu mövqelərdə qalmağa davam edəcək". Oxu.Az "Ynet" portalına istinadən xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu Təhlükəsizlik Kabinetinin təcili iclasında deyib. Məlumata əsasən, nazirlər arasında rəsmi səsvermə keçirilməyib. B.Netanyahu ABŞ Prezidenti Donald Trampın xahişi ilə atəşkəsin məhz gecə yarısından başlayacağını elan edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər