Cəmiyyət

Səkkiz il əvvəl tikintisinə başlanılan bina niyə təhvil verilmir? - VİDEO

16 Apr 2026, 19:34 2 baxış
Səkkiz il əvvəl tikintisinə başlanılan bina niyə təhvil verilmir? - VİDEO
Binəqədi rayonunun0 Səttar Bəhlulzadə küçəsi 1 ünvanında təxminən 8 il əvvəl çoxmərtəbəli binanın tikintisinə başlanılıb. Baku TV-nin məlumatına görə, sakinlər iddia edirlər ki, bu müddət ərzində bina hələ də tam olaraq təhil verilməyib.
Həmçinin qeyd edilib ki, mənzillərin çıxarışı olmadığından vətəndaşlar öz evlərinə qeydiyyata düşə bilmirlər. Sakinlər bildirirlər ki, MTK hər bir sakinə müqavilə ilə mənzil satıb, amma öhdəliklərini yerinə yetirmir. "Generator yoxdur. İşıqlar sönəndə, sakinlər evlərinə çıxa bilmirlər. Bəziləri liftdə qalır. Onların arasında ürəyi tutanlar da olur. Qaraj bizə verilmir. MTK bundan külli miqdarda pul qazanır", - deyə şikayətçi Tural Sevdimalıyev narazılığını dilə gətirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər