Cəmiyyət
Türkiyədə məktəb faciələri: Psixoloq səbəbləri və həll yollarını AÇIQLADI
Son günlər Türkiyədə məktəblərdə baş verən silahlı hücumlar əsas müzakirə mövzularından birinə çevrilib. Qısa zaman ərzində qardaş ölkədə ard-arda qeydə alınan bu cür hadisələr həm təhlükəsizlik, həm də yeniyetmələrin psixoloji vəziyyəti ilə bağlı ciddi suallar doğurur. Belə ki, bir neçə gün əvvəl Şanlıurfa vilayətinin Siverek rayonunda yerləşən Ahmet Koyuncu Peşə və Texniki Anadolu liseyində məktəbin 2007-ci il təvəllüdlü keçmiş şagirdi16 nəfəri yaralayıb, hadisədən sonra eyni silahla özünə qəsd edib. Bunun ardınca isə Kahramanmaraş şəhərində analoji hadisə yaşanıb. 14 yaşlı şagird məktəbə silahlı hücum edərək bir müəllim və səkkiz şagirdi qətlə yetirib, 13 nəfəri yaralayıb. Hücumu törədən şəxs həmin məktəbin 8-ci sinif şagirdi olub. Ardıcıl baş verən bu cür faciələr narahatlıq yaradıb və yeniyetmələr arasında zorakılığın artması məsələsini yenidən gündəmə gətirib. Bəs bu hadisələrin arxasında hansı səbəblər dayanır? Bu kimi xoşagəlməz halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Mövzu ilə bağlı Oxu.Az-a danışan Türkiyənin Ankara Universitetinin doktorantı, psixoloq Ozanser Uğurlu bildirib ki, məktəbə silahla getmək və ya məktəbi zorakılıq məkanına çevirmək tək bir səbəblə izah ediləcək hadisə deyil:
"Bunun arxasında çox vaxt güclü qəzəb, dəyərsizlik hissi, təcrid olunmaq, travmalar, ailədaxili problemlər, sosial təcrid, yalnızlıq və zorakılığın getdikcə normallaşdığı bir mühit dayanır. Bəzi gənclər səslərini eşitdirə bilmədikdə, fərq edilmədiklərini düşündükdə və ya daxillərindəki çarəsizliyi idarə edə bilmədikdə sərt, dağıdıcı yollarla mövcud olduqlarını göstərməyə çalışırlar". "Burada ən ağrılı məqam budur ki, məktəb uşağın özünü ən təhlükəsiz hiss etməli olduğu yerdir. Əgər bir uşaq və ya gənc o qapıdan içəri qəzəb, nifrət və silahla daxil olursa, bu, əslində bizə təkcə fərdi bir böhranı deyil, həm də cəmiyyət səviyyəsindəki laqeydliyin mənzərəsini göstərir. Bunun qarşısını almaq üçün yalnız təhlükəsizlik tədbirlərini artırmaq kifayət deyil. Uşaqların psixoloji əlamətlərini erkən aşkar edən bir məktəb sistemi qurmaq, ailələrə psixoloji təlim vermək, həmyaşıd zorakılığını ciddi qəbul etmək, məktəblərdə əlçatan psixoloji dəstək mexanizmlərini gücləndirmək və gənclərə hisslərini sağlam şəkildə ifadə edə biləcəkləri imkanlar yaratmaq lazımdır, - deyə psixoloq vurğulayıb. Mütəxəssis hesab edir ki, zorakılıq çox vaxt qəfil ortaya çıxmır, ondan əvvəl fərqinə varılmayan sükut, eşidilməyən dəstək harayı olur: "Bir cəmiyyət uşaqlarını nə qədər dinləyərsə, gələcəyini də bir o qədər hifz edər. Məktəbləri qorumağın yolu yalnız qapılara detektor qoymaqdan deyil, uşaqların qəlblərinin qırılmasını vaxtında fərq etməkdən keçir".

Mənbə
oxu.az