Cəmiyyət

ABŞ-ın Bakıdakı səfirliyi maşınlarını satışa çıxarır - Foto

16 Apr 2026, 17:50 2 baxış
ABŞ-ın Bakıdakı səfirliyi maşınlarını satışa çıxarır - Foto

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi istifadədə olmuş əmlakların satışı üçün növbəti onlayn hərracını elan edib.


Axar.az xəbər verir ki, hərrac platformasında müxtəlif kateqoriyalar üzrə mallar, o cümlədən nəqliyyat vasitələri, mebellər və elektron avadanlıqlar təklif olunur.


Məlumata görə, Bakı üzrə növbəti hərrac sessiyası 20 aprel 2026-cı il, saat 10:00-da başlayacaq və 22 aprel 2026-cı il, saat 12:00-da başa çatacaq.


Hərracda iştirak edənlər aşağıdakı kateqoriyalarda məhsullar üçün qiymət təklifi verə bilərlər:


- Nəqliyyat vasitələri: İstifadə olunmuş xidməti avtomobillər.


- Məişət avadanlıqları: Soyuducular, paltaryuyan maşınlar və s.


- İT və texnika: Kompüterlər, monitorlar və telekommunikasiya cihazları.


- Mebel: Ofis və ev üçün müxtəlif mebel dəstləri.

Mənbə axar.az

Oxşar Xəbərlər