Cəmiyyət

Qusar Rayon İcra Hakimiyyətində yeni TƏYİNATLAR - ÖZƏL

16 Apr 2026, 16:44 2 baxış
Qusar Rayon İcra Hakimiyyətində yeni TƏYİNATLAR - ÖZƏL
Qusar Rayon İcra Hakimiyyətində kadr dəyişikləri olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, icra başçısı Sahir Məmmədxanov əmr imzalayıb. İcra başçısının əmri ilə Nailə Laçınova icra hakimiyyətinin Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektorunun müdiri təyin olunub. O, bu təyinatadək həmin sektorda məsləhətçi işləyib. İcra başçısının digər əmrləri ilə Anjelika Qubatova Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi, Marina Sərdarova isə Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektorunun məsləhətçisi vəzifəsinə təyinat alıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər