Cəmiyyət

DGK Ermənistandan mal idxalına aydınlıq gətirdi

16 Apr 2026, 16:24 2 baxış
DGK Ermənistandan mal idxalına aydınlıq gətirdi

Dövlət Gömrük Komitəsi Azərbaycanın ötən ay Ermənistandan 960 ABŞ dolları dəyərində mal idxal etməsini şərh edib.


Komitədən Axar.az-a bildirilib ki, həmin mal əslində Niderlanddan gətirilmiş qızıl gül olub.


"Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası"nın 3.3-cü bəndinə əsasən idxalda malın mənşə ölkəsi tərəfdaş ölkə hesab edildiyindən sözügedən qızıl güllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal edilən mallar kimi öz əksini tapıb", - məlumatda vurğulanıb.


Qeyd edək ki, daha əvvəl Azərbaycan Dövlət Gömrük Komitəsi bu ilin mart ayında ilk dəfə olaraq Ermənistandan 960 dollar dəyərində mal idxal edildiyini açıqlayıb. Ermənistan Dövlət Gəlirləri Komitəsi isə açıqlamasında Azərbaycana heç bir ixracın olmadığını bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər