Dünya

SAXAL Qəzzada HƏMAS-ın üç komandirini zərərsizləşdirib - VİDEO

16 Apr 2026, 15:32 1 baxış
SAXAL Qəzzada HƏMAS-ın üç komandirini zərərsizləşdirib - VİDEO
İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza şəhəri ərazisində HƏMAS radikal qruplaşmasının üç yüksəkrütbəli nümayəndəsini, o cümlədən rabitə şöbəsinin başçısını məhv etdiyini bildirib. Oxu.Az xəbər verir ki, bu barədə SAXAL-ın Mətbuat Xidməti məlumat yayıb.
"SAXAL Qəzza şəhərində HƏMAS-ın rabitə bölməsinin komandirini məhv edib. Həyata keçirilən daha bir zərbə nəticəsində isə hərəkatın istehsalat bölməsinin iki komandiri öldürülüb", - deyə ordu mətbuat xidmətinin yaydığı bəyanatda qeyd olunur. Hərbi qurumdan vurğulanıb ki, hücumlardan əvvəl mülki əhaliyə zərər vurma riskini azaltmaq üçün müəyyən tədbirlər görülüb. Bu addımların sırasına yüksək dəqiqlikli döyüş sursatlarının tətbiq edilməsi və havadan müşahidənin aparılması daxildir.
Mənbə oxu.az

Oxşar Xəbərlər