Cəmiyyət

Rusiyalı iş adamlarının Qarabağda quruculuqda iştirakı...

16 Apr 2026, 15:56 2 baxış
Rusiyalı iş adamlarının Qarabağda quruculuqda iştirakı...

Rusiyalı iş adamları Azərbaycanın azad edilmiş ərazilərində quruculuq işlərində iştirak etməkdə maraqlıdır.


Axar.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclasında deyib.


"Biz Rusiya biznesini buradakı yaradıcı layihələrdə fəal iştirak etməyə yönləndiririk. Xüsusilə yaradılmış əlverişli investisiya mühiti bu əməkdaşlıq üçün geniş imkanlar açır", - o bildirib.


Overçuk Rusiya biznesinin və regionlarının bölgədəki fəaliyyətinə dair uğurlu nümunələri diqqətə çatdırıb.


O, Cəbrayıl şəhəri ilə Sankt-Peterburq arasında əməkdaşlıq çərçivəsində mühüm təmasların qurulduğunu bildirib:


“Regionlararası əməkdaşlıq çərçivəsində Həştərxan vilayətinin vəsaiti hesabına Zəngilanın kəndlərində uşaq bağçaları inşa edilir”.

Mənbə axar.az

Oxşar Xəbərlər