Dünya
Türkiyə Ordusunun arsenalına yeni texnikalar verildi - Xüsusi təyinatlı briqadaların sayı artırılır - FOTO
Türkiyə ordusunun arsenalına "Fırtına-2" haubitsaları, "Akıncı" hücum pilotsuz uçuş aparatları (PUA) daxil edilib. Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, sözügedən silahlar yoxlama və qəbul prosesləri başa çatdıqdan sonra ordunun arsenalına əlavə olunub. Bundan əlavə, Türkiyə ordusunda xüsusi təyinatlı briqadaların sayının artırılması üçün tədbirlərin həyata keçirildiyi açıqlanıb. Qeyd olunur ki, bu, Rusiya-Ukrayna münaqişəsi və İran ətrafındakı gərginlik fonunda qazanılan təcrübə və tələblərə uyğun ehtiyaclarının təhlili əsasında həyata keçiriləcək. Yeni xüsusi təyinatlı qüvvələrin müasir təhdid qiymətləndirmələrinə və əməliyyat konsepsiyalarına uyğun olaraq, hazırda mövcud olan təşkilati strukturlardan fərqli prinsiplər əsasında yaradılması planlaşdırılır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az