Cəmiyyət
DSMF-nin rüblük gəlirləri və xərcləri açıqlanıb
Bu ilin I rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2 milyard 132 milyon manat təşkil edib. Bu barədə Oxu.Az-a DSMF-dən məlumat verilib. Məlumata görə, gəlirlər proqnozla müqayisədə 9% və yaxud 183 milyon manat çoxdur. Fondun gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 3% və yaxud 41 milyon manat çox - 1 milyard 559 milyon manat olub. Yanvar-mart aylarında DSMF-nin xərcləri isə 2 milyard 53 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 10% və yaxud 189 milyon manat çoxdur.
Mənbə
oxu.az
Oxşar Xəbərlər