Dünya

Ekvadorda avtobus uçurumdan düşərək yandı: 14 ölü, xeyli yaralı var - FOTO - VİDEO

16 Apr 2026, 13:56 1 baxış
Ekvadorda avtobus uçurumdan düşərək yandı: 14 ölü, xeyli yaralı var - FOTO - VİDEO
Ekvadorun cənubunda avtobusun uçurumdan düşməsi nəticəsində azı 14 nəfər ölüb. Oxu.Az xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.
Məlumata görə, nəqliyyat vasitəsi dərəyə yuvarlandıqdan sonra yanğın baş verib. Hadisə zamanı daha 29 nəfərin xəsarət aldığı bildirilir. Xilasetmə qüvvələri qəzanın digər qurbanlarının axtarışını davam etdirirlər. Avtobusun neçə sərnişini daşıdığı dəqiq məlum deyil. Xəbərdə bildirilir ki, yol-nəqliyyat hadisələri Ekvadorda ölüm hallarının əsas səbəblərindən biri olaraq qalır. Keçən il ölkədə təxminən 2 min nəfər qəzada həlak olub. Bununla yanaşı, 2023-cü ildə yol-nəqliyyat hadisələri nəticəsində rekord sayda - 2 373 ölüm halı qeydə alınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər