Dünya

CENTCOM rəhbərinin Yaxın Şərq səfəri: Hansı məsələlər müzakirə olunub?

16 Apr 2026, 12:36 1 baxış
CENTCOM rəhbərinin Yaxın Şərq səfəri: Hansı məsələlər müzakirə olunub?
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper son 15 gün ərzində Yaxın Şərq regionunda altı ölkəyə səfər edərək, yerli hərbi rəhbərliklərlə İrana qarşı müqavimət strategiyasını müzakirə edib. Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə komandanlığın rəsmi bəyanatında bildirilib. "Admiral Bred Kuper son 15 gün ərzində Yaxın Şərqə ikinci səfərini yekunlaşdırıb. O, altı ölkənin regional tərəfdaşları ilə danışıqlar aparıb və ABŞ hərbi bazalarında olub", - deyə sənəddə vurğulanıb. Məlumatda söhbətin İsrail, Bəhreyn və İslam Respublikasının fəaliyyətlərinin qarşısının alınmasında maraqlı olan regionun digər dövlətlərindən getdiyi aydınlaşdırılıb. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb. Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib. Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər