Cəmiyyət
Motosikletçi ilə dalaşan sabiq vəzifəli şəxs vəfat etdi - FOTO
Prezident Sarayının Təminatı şöbəsinin müdiri Sultan Dadaşov vəfat edib. Oxu.Az Sfera.az-a istinadən xəbər verir ki, 2022-ci ildə motosiklet sürücüsünü vuraraq təhqir etməklə gündəmə gələn Sultan Dadaşov Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Sarayının Təminatı şöbəsinin müdiri vəzifəsində çalışıb. Mərhumla vida mərasimi Heydər məscidində keçiriləcək.
Mənbə
oxu.az