Cəmiyyət

Qarabağ və Şərqi Zəngəzurda 4 min kilometrə yaxın avtomobil yolu çəkiləcək - VİDEO

16 Apr 2026, 12:56 1 baxış
Qarabağ və Şərqi Zəngəzurda 4 min kilometrə yaxın avtomobil yolu çəkiləcək - VİDEO
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 68 layihə üzrə ümumi uzunluğu 3 878.1 km olan yol tikinti işlərinin aparılması nəzərdə tutulur. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, hazırda azad edilmiş ərazilərdə ümumi uzunluğu 2 432.8 km olan 38 layihə üzrə tikinti işləri davam etdirilir:
"Ümumi uzunluğu 71.2 km olan 48 tunelin tikintisi nəzərdə tutulur, 13.6 km-lik 7 tunelin tikintisi başa çatdırılıb. Bundan əlavə, 57.6 km-lik 41 tunelin tikintisi isə davam etdirilir". Məlumata əsasən, Qarabağ və Şərqi Zəngəzurda ümumi uzunluğu 9 581.6 metr olan 447 körpünün tikintisi nəzərdə tutulur: "8 839.1 metrlik 392 körpü artıq inşa edilib. Ümumi uzunluğu 3 871 metr olan 16 viadukun tikintisi də planlaşdırılır. Uzunluğu 1 965 metr olan 9 viadukun tikintisi başa çatdırılıb".
Mənbə oxu.az

Oxşar Xəbərlər