Dünya

ABŞ məşhur avtomobil şirkətlərini silah istehsalına cəlb etmək istəyir

16 Apr 2026, 11:16 1 baxış
ABŞ məşhur avtomobil şirkətlərini silah istehsalına cəlb etmək istəyir
ABŞ Administrasiyası silah istehsalında ölkənin avtomobil istehsalçılarının köməyindən faydalanmaq niyyətindədir. Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, ABŞ Hərb Nazirliyinin (Pentaqon) yüksəkvəzifəli nümayəndələri bir neçə avtomobil şirkətinin, o cümlədən "General Motors" və "Ford"un rəhbərləri ilə danışıqlar aparıb. Qeyd olunur ki, Pentaqon Ukraynaya silah tədarükü, eləcə də İrana qarşı əməliyyatlar nəticəsində ehtiyatların tükənməsi səbəbindən sursat və hərbi avadanlıq istehsalını artırmaq üçün onların köməyindən və personalından istifadə etməkdə maraqlıdır. "The Wall Street Journal" qeyd edib ki, bu cür tədbirlər İkinci Dünya müharibəsi zamanı tətbiq olunan təcrübəni xatırladır.
Mənbə oxu.az

Oxşar Xəbərlər