Cəmiyyət

Quba-Bakı magistralında CİDDİ PROBLEM: Sıradan çıxan avtomobillər yolda qalıblar - VİDEO

16 Apr 2026, 11:28 2 baxış
Quba-Bakı magistralında CİDDİ PROBLEM: Sıradan çıxan avtomobillər yolda qalıblar - VİDEO
Quba-Bakı yolunun bəzi hissələrinin yararsız vəziyyətdə olması sürücülər üçün ciddi təhlükə yaradıb. Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Bildirilib ki, yolun asfalt örtüyünün sıradan çıxması iri çuxurların əmələ gəlməsi nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir. Nəticədə eyni vaxtda bir neçə avtomobil yaranmış nasazlıq səbəbindən yolda qalıb. Məsələ ilə bağlı Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, Bakı-Quba avtomobil yolunun paytaxt istiqamətində müşahidə olunan deformasiyalarla bağlı məlumatlıdırlar.
"Qeyd edirik ki, yolun Quba istiqamətində analoji problem artıq aradan qaldırılıb. Hazırda sözügedən ərazinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib. Maliyyə vəsaiti ayrıldıqdan sonra əsaslı yenidənqurma işlərinə başlanılması nəzərdə tutulur. Bununla yanaşı, hazırda həmin yolda cari təmir işləri icra olunur. Bu işlərin məqsədi hərəkət üçün maneə yaradan deformasiyaların operativ şəkildə aradan qaldırılması və yolun təhlükəsizliyinin təmin edilməsidir", - deyə A.Nəcəfli bildirib.
Quba-Bakı magistralında CİDDİ PROBLEM: Sıradan çıxan avtomobillər yolda qalıblar - VİDEO Quba-Bakı magistralında CİDDİ PROBLEM: Sıradan çıxan avtomobillər yolda qalıblar - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər