Dünya

ABŞ narkotik qaçaqmalçılarının katerini vurdu: Üç nəfər öldü - VİDEO

16 Apr 2026, 09:56 1 baxış
ABŞ narkotik qaçaqmalçılarının katerini vurdu: Üç nəfər öldü - VİDEO
ABŞ ordusu çərşənbə günü Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılarına aid olduğu bildirilən katerə zərbə endirib. Nəticədə üç nəfər həyatını itirib. Oxu.Az xəbər verir ki, bu məlumatı ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı "X" sosial şəbəkəsindəki hesabında yayımlayıb.
"Cənub Komandanlığının rəhbəri Frensis Donovanın göstərişi əsasında əməliyyat qrupu aprelin 15-də sözügedən katerə məhvedici zərbə vurub. Kəşfiyyat məlumatları təsdiqləyib ki, su nəqliyyat vasitəsi Sakit okeanın şərqindəki ənənəvi narkotik qaçaqmalçılığı marşrutları ilə irəliləyib və qeyri-qanuni dövriyyə məqsədilə tətbiq edilib", - deyə açıqlamada qeyd olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər