Dünya

"Honda" 440 mindən çox avtomobili geri çağırır

16 Apr 2026, 08:30 1 baxış
"Honda" 440 mindən çox avtomobili geri çağırır
Yaponiyanın avtomobil istehsalçısı "Honda" təhlükəsizlik yastıqlarındakı qüsur səbəbindən ABŞ-də 440 830 avtomobili geri çağırır. Oxu.Az xəbər verir ki, "Reuters" agentliyi bu barədə Milli Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi İdarəsinə (NHTSA) istinadən xəbər yayıb. Bildirilib ki, proqram təminatındakı xəta səbəbindən "Honda Odyssey" minivenlərində təhlükəsizlik yastıqları qəfil və gözlənilmədən açıla bilər. Geri çağırılan bütün avtomobillərin proqram təminatı "Honda" dilerləri tərəfindən tamamilə ödənişsiz şəkildə yenilənəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər