Dünya

Məşhur "Fort Boyard" qalası lotereya hesabına bərpa olunacaq

16 Apr 2026, 07:40 1 baxış
Məşhur "Fort Boyard" qalası lotereya hesabına bərpa olunacaq
Fransanın qərbində yerləşən və eyniadlı teleşou ilə dünyada məşhurlaşan "Fort Boyard" qalası bərpa olunması üçün "İrs lotereyası" proqramına daxil edilib. Oxu.Az xəbər verir ki, bu barədə TF1 telekanalı məlumat yayıb. Tez-tez baş verən fırtınalar səbəbindən qalaya ciddi ziyan dəyib. Layihə çərçivəsində abidənin bərpası üçün təxminən 500 min avro vəsaitin ayrılması gözlənilir. Qeyd edək ki, təməli 1801-ci ildə Napoleonun göstərişi ilə qoyulan və tikintisi 1857-ci ildə tamamlanan bu qala milli tarixi abidə statusuna malikdir. "İrs lotereyası" isə 2018-ci ildən bəri keçirilir və əldə olunan gəlirlər Fransadakı tarixi abidələrin bərpasına yönəldilir.

Məşhur "Fort Boyard" qalası lotereya hesabına bərpa olunacaq Məşhur "Fort Boyard" qalası lotereya hesabına bərpa olunacaq
Mənbə oxu.az

Oxşar Xəbərlər