Dünya

"Renault" Çinlə rəqabətə görə mühəndis heyətini ixtisar edəcək

16 Apr 2026, 06:44 1 baxış
"Renault" Çinlə rəqabətə görə mühəndis heyətini ixtisar edəcək
Fransanın "Renault" avtomobil brendi büdcə dostu modellər təqdim edən Çin şirkətləri ilə rəqabətə davam gətirmək və operativliyini artırmaq məqsədilə qlobal mühəndis heyətinin 15-20%-ni ixtisar etməyi planlaşdırır. "Reuters" agentliyinə istinadən xəbər verir ki, kütləvi ixtisar prosesi növbəti iki il ərzində həyata keçiriləcək. Şirkətdə hazırda təxminən 11-12 min mühəndisin çalışdığını nəzərə alsaq, bu qərarın 2 400-dək işçini əhatə edəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, ötən ilin yekunlarına görə, "Renault"un ümumi işçi sayı 101 min nəfər təşkil edib.
Mənbə oxu.az