Cəmiyyət

Zakir Fərəcov idarə rəisini vəzifəsindən azad etdi

16 Apr 2026, 01:18 2 baxış
Zakir Fərəcov idarə rəisini vəzifəsindən azad etdi

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Memarlıq və Şəhərsalma idarəsinin rəisini vəzifəsindən azad edib.


Axar.az Unikal-a istinadən xəbər verir ki, Rəşad Əhmədəliyev ərizəsi alınaraq işdən çıxarılıb. Onun işdən çıxarılmasına çoxsaylı şikayətlərin səbəb olduğu bildirilir.


Belə ki, Rəşad Əhmədəliyev şəhid ailələrini, qaziləri və digər sakinləri vaxtlı-vaxtında qəbul etmir, onların problemlərini həll etməkdən yayınırmış. Onun şəhərdə qeyri-qanuni tikintilərin aparılmasına icazə verilməsində də rolu olub.


Qeyd edək ki, mediada Rəşad Əhmədəliyevin çoxsaylı avtomobilləri və obyektləri olması barədə də məlumat yayılmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər