Cəmiyyət

Azərbaycanda bu şəxslərin maaşları artacaq - Qərar

15 Apr 2026, 19:19 2 baxış
Azərbaycanda bu şəxslərin maaşları artacaq - Qərar

Nazirlər Kabinetinin 2004-cü il 9 yanvar tarixli 2 nömrəli Qərarı ilə təsdiq olunmuş "Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği"ndə dəyişiklik edilib.


Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.


Qərara əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydada 1.5-3 dəfə artım əmsalları tətbiq ediləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər