Cəmiyyət
Şahin Bağırov onları rəis təyin etdi
Zaur Quliyev Dövlət Gömrük Komitəsinin (DGK) Kürdəmir gömrük postuna rəis vəzifəsinə təyin edilib.
Axar.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, bu barədə DGK sədri general-polkovnik Şahin Bağırov müvafiq əmr imzalayıb.
Ş.Bağırovun digər əmri ilə bir neçə ay əvvəl Biləsuvar Gömrük İdarəsinin rəis əvəzi təyin olunan Ramil Seyidzadə sözügedən qurumun rəisi vəzifəsinə təsdiqlənib.
Mənbə
axar.az