Cəmiyyət

Bakı Dairəvi Yolunda açıq qalan lük sürücülər üçün təhlükə yaradıb - VİDEO

15 Apr 2026, 15:08 2 baxış
Bakı Dairəvi Yolunda açıq qalan lük sürücülər üçün təhlükə yaradıb - VİDEO
Bakı Dairəvi Yolunda açıq qalan lük sürücülər üçün ciddi təhlükə yaradıb. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Kadrlarda yolun hərəkət hissəsində yerləşən lükün açıq vəziyyətdə qaldığı əks olunub. "Ərazidə təmir işləri aparılsa da, hər hansı xəbərdaredici nişanlar qoyulmayıb. Xüsusilə gecə saatlarında bu vəziyyət sürücülər üçün daha böyük risk yaradır", - deyə şikayətçi bildirib. Məsələ ilə bağlı Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, ərazidə müvafiq qurumun sifarişi əsasında təmir işləri həyata keçirilir. "Artıq sözügedən lükün önünə müvafiq məlumatlandırıcı və xəbərdaredici nişanlar qoyulub", - deyə A.Nəcəfli bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər