Cəmiyyət

Qubanın daha bir kəndində torpaq sürüşməsi oldu - VİDEO

15 Apr 2026, 13:56 2 baxış
Qubanın daha bir kəndində torpaq sürüşməsi oldu - VİDEO
Quba-Xınalıq yolunda torpaq sürüşmələri davam edir. Oxu.Az Bizim.Media-ya istinadla xəbər verir ki, sürüşmə yolun 30-cu kilometrliyində qeydə alınıb. Ətrafda yaşayan sakinlərin sözlərinə görə, yol nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb. Yolun 37-45-ci kilometrlərində isə qalın qar örtüyünün olduğu bildirilir. Quba 5 saylı Yol İstismar İdarəsinin əməkdaşları yolun açılması üçün əraziyə cəlb olunublar. Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, son günlər Quba raonunun bir neçə kəndində torpaq sürüşmələri qeydə alınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər