Cəmiyyət

Bakıda uşaq arabasında qaçaqmal keçirmək istədilər - Foto

15 Apr 2026, 13:31 2 baxış
Bakıda uşaq arabasında qaçaqmal keçirmək istədilər - Foto

Trabzon-Bakı aviareysi ilə gələn 2 nəfər Azərbaycan Respublikası vətəndaşının çamadanlarından və əl yüklərindən zərgərlik məmulatları, dərman preparatları və siqaretlər aşkar edilib.


Bu barədə Axar.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.


Bildirilib ki, yoxlama zamanı çamadanlardan, əl yüklərindən və uşaq arabasından gömrük nəzarətindən gizlədilən, yazılı və ya şifahi formada gömrük orqanına bəyan edilməyən və 334 qram qızıl-zinət əşyaları, 2264 həb, 84 kapsul, 47 flakon və 14 iynədən ibarət 8 adda dərman preparatları, məcburi nişanlanma ilə nişanlanmamış 1200 ədəd siqaret aşkar olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər