Cəmiyyət
Peşə hazırlığı kursları niyə GEC BAŞLAYIR? - Rəsmi AÇIQLAMA
"Dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində 170-dən çox özəl tədris müəssisəsində peşə hazırlığı kursları təşkil olunur. Dövlət Məşğulluq Agentliyi həmin müəssisələrlə əməkdaşlıq edir. Eyni zamanda agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağda yerləşən dörd peşə hazırlığı mərkəzi fəaliyyət göstərir və bu mərkəzlərdə də kurslar keçirilir". Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığının təşkili şöbəsinin müdiri Fərid Həsənov deyib. O bildirib ki, vətəndaşların kursların gec başlaması və ya müsahibə mərhələsi ilə bağlı narazılığı bir neçə səbəbdən qaynaqlanır: "Bəzi peşələr üzrə əmək bazarında tələbat olmur. Bu isə o demək deyil ki, həmin sahələrə ümumiyyətlə ehtiyac yoxdur. Sadəcə, müraciət olunan dövrdə həmin peşə üzrə aktuallıq aşağı olur. Digər səbəb isə kursların iştirakçı sayına əsasən formalaşdırılmasıdır. Yəni iki-üç nəfərlə deyil, minimum 11-12 nəfərin müraciəti olduqda kurslar təşkil edilir. Burada əsas məqsəd müddət deyil, keyfiyyətdir".
Mənbə
oxu.az