Cəmiyyət

Bu il peşə hazırlığında YENİ İXTİSASLAR olacaq - RƏSMİ

15 Apr 2026, 12:40 2 baxış
Bu il peşə hazırlığında YENİ İXTİSASLAR olacaq - RƏSMİ
"Hazırda peşə hazırlığı 175 peşə və ixtisas üzrə həyata keçirilir. Cari il ərzində daha 25 yeni peşə və ixtisasın təsdiqlənməsi gözlənilir. Bu istiqamətdə əsas diqqət rəqəmsal bacarıqlara yönəlib. Yeni ixtisaslar əmək bazarının təhlili əsasında formalaşdırılıb". Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığının təşkili şöbəsinin müdiri Fərid Həsənov deyib. O bildirib ki, peşə hazırlığının təşkilinin bütün mərhələlərinin rəqəmsallaşdırılması əsas hədəflərdən biridir.
Mənbə oxu.az

Oxşar Xəbərlər