Cəmiyyət

Sumqayıtda dəm qazından zəhərlənən azyaşlılar evə buraxıldılar

15 Apr 2026, 12:42 2 baxış
Sumqayıtda dəm qazından zəhərlənən azyaşlılar evə buraxıldılar
Sumqatyıtda hamamda dəm qazından zəhərlənən 5 azyaşlı evə buraxılıb. Bu barədə Oxu.Az-a uşaqların atası Kamil Cəbrayılov məlumat verib. O bildirib ki, azyaşlıların vəziyyəti normallaşdığı üçün onlar həkim nəzarəti olmaqla ambulator müalicə üçün evə buraxılıblar: "Uşaqlardan dördünü dünən, birini isə bu gün evə gətirdik. Hazırda vəziyyətləri normaldır. Həkimlər bildirdilər ki, onların tam sağalması üçün evdə müalicə lazımdır. Ona görə də evə buraxdılar, müalicələri ev şəraitində davam etdiriləcək". Xatırladaq ki, aprelin 2-də Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində bir ailənin 6 azyaşlı üzvü hamamda dəm qazından zəhərləniblər. Azyaşlılar xəstəxanaya yerləşdrilsə də, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər