Cəmiyyət
Hacı Əliyev mayor rütbəsi aldı
Azərbaycanın güləş üzrə dördqat Avropa və üçqat dünya çempionu Hacı Əliyevə "mayor" hərbi rütbəsi verilib.
Axar.az xəbər verir ki, bu barədə idmançı özü məlumat yayıb.
“Bu gün həyatımda unudulmaz günlərdən biri oldu. Hacı Əliyev olaraq Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən mayor rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir", - o qeyd edib.
Mənbə
axar.az