Cəmiyyət

"Bir neçə dəfə gedib-gələndən sonra avtomobili təmir etdirməli olursan" - Şəmkir sakinləri yararsız yoldan ŞİKAYƏT EDİRLƏR - VİDEO

14 Apr 2026, 23:12 2 baxış
"Bir neçə dəfə gedib-gələndən sonra avtomobili təmir etdirməli olursan" - Şəmkir sakinləri yararsız yoldan ŞİKAYƏT EDİRLƏR - VİDEO
Şəmkir-Gədəbəy avtomobil yolunun böyük bir hissəsi uzun müddətdir yararsız vəziyyətdədir. Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, xüsusilə Şəmkir rayonunun Çənlibel kəndi ərazisindən keçən hissədə sürücülər ciddi çətinliklərlə üzləşirlər. Yağışlı havalarda isə vəziyyət daha da ağırlaşır. Yoldan mütəmadi istifadə edən sakinlərin sözlərinə görə, çala-çuxurlar və asfalt örtüyünün olmaması hərəkəti təhlükəli edir.
"Yol yoxdur, evə getmək üçün yanında sellofan gəzdirməlisən ki, maşınlar su etməsin", - deyə sakinlərdən biri bildirib. Digər sakin isə yolun vəziyyətinin Gədəbəy rayon mərkəzinə qədər bərbad olduğunu qeyd edib: "Bu yolu bir neçə dəfə gedib-gələndən sonra mütləq avtomobili təmir etdirmək lazım gəlir. Yağışlı havada çala-çuxurlar görünmür, maşınlar da məcbur qalıb onların içi ilə hərəkət edir". Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Şəmkir-Gədəbəy avtomobil yolunda, o cümlədən Çənlibel kəndindən keçən hissədə mövcud vəziyyət nəzərə alınaraq cari təmir işlərinin aparılması planlaşdırılır. Qurumun məlumatına görə, hava şəraiti asfalt-beton örtüyünün keyfiyyətli bərpasına imkan verən səviyyədə sabitləşdikdən sonra həmin ərazidə yaranmış qüsurlar aradan qaldırılacaq və hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə təmir işlərinə başlanılacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər