Cəmiyyət

Azərbaycanda doğum sayı azaldı

14 Apr 2026, 20:25 2 baxış
Azərbaycanda doğum sayı azaldı

Bu ilin yanvar-fevral ayı ərzində doğulan körpə sayı açıqlanıb.


Axar.az xəbər verir ki, bu barədə Statistika Komitəsi məlumat yayıb.


Məlumata görə, cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14797 doğulan körpə qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,7-dən 8,9-a düşüb.


Doğulan körpələrin 53,7 faizi oğlan uşaqları, 46,3 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 522-si əkiz, 21-i isə üçəm olub.

Mənbə axar.az

Oxşar Xəbərlər