Cəmiyyət
Yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə DOĞULANLARIN SAYI AZALIB
Cari ilin yanvar-fevral aylarında doğulan və ölən şəxslərin sayı açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14 797 doğulan körpə qeydə alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə bu göstərici azalaraq 9.7-dən 8.9-a düşüb. Həmçinin, bu ilin ilk iki ayı ərzində ölkədə 10 878 ölüm halı qeydə alınıb. Belə ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə bu göstərici 6.3-dən 6.6-ya qədər artıb.
Mənbə
oxu.az