Cəmiyyət

Ağstafa çayından sel keçdi, mərkəzlə əlaqə çətinləşdi - Foto

14 Apr 2026, 17:10 2 baxış
Ağstafa çayından sel keçdi, mərkəzlə əlaqə çətinləşdi - Foto

Ağstafa çayından sel keçib.


Axar.az Report-a istinadən xəbər verir ki, rayonun Molla Cəfərli, Xılxına, Pirli, Kolayır və bir neçə kəndi ilə rayon mərkəzini birləşdirən yolda çətinliklər yaranıb.


Bu da rayon mərkəzi ilə əlaqəni kilometrlərlə uzadır. Hazırda sözügedən kəndlərin sakinləri alternativ yollardan istifadə edirlər.


Qərb bölgəsində yağıntılı hava şəraiti davam edir.

Mənbə axar.az

Oxşar Xəbərlər