Cəmiyyət
Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunub - FOTO
Görkəmli baletmeyster Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunub. Oxu.Az "Report"a istinadən xəbər verir ki, mərhumla əvvəlcə Təzəpir məscidində vida mərasimi keçirilib. Mərasimdə Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəni-ictimai xadimlər və baletmeysterin sənət dostları iştirak edib. Vida mərasiminin ardınca cənazə İkinci Fəxri xiyabana aparılaraq torpağa tapşırılıb. Qeyd edək ki, Maqsud Məmmədov aprelin 13-də 97 yaşında vəfat edib.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az