Cəmiyyət
Binəqədidə yollar niyə baxımsız qalıb? - VİDEO
Bakı şəhərinin Binəqədi rayonunda qəsəbədaxili yolların yararsız vəziyyətdə olması yerli sakinlərin narazılığına səbəb olub. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkədə paylaşılıb.
Şikayətçi vətəndaş qəsəbə yollarının bərbad vəziyyətdə olması və avtomobillərin hərəkətinə maneədən şikayətçi olduğunu bildirib. Oxu.Az-ın sorğusuna cavab olaraq Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazi Müşfiqabad qəsəbəsi ilə 28 May qəsəbəsinin kəsişməsində yerləşən Şirvan küçəsindən gedir. "Həmin küçəsində asfalt örtüyünün yenidən qurulması və bərpası ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təmirə ehtiyacı olan yolların siyahısına salınaraq aidiyyəti quruma müraciət edilib. Prosesin icrası mərhələli şəkildə həyata keçiriləcək", - deyə məlumatda bildirilib.

Mənbə
oxu.az