Cəmiyyət

Bakıda məşhur otel satışa çıxarılır: 5,8 milyon... - Foto

14 Apr 2026, 14:14 2 baxış
Bakıda məşhur otel satışa çıxarılır: 5,8 milyon... - Foto

Bakıda məşhur "Sun Rise Hotel" satışa çıxarılır.


Axar.az Oxu.az-a istinadla xəbər verir ki, otel hərrac yolu ilə mayın 13-də satışa çıxarılacaq.


Otelin hərracı üçün başlanğıc qiyməti olaraq 5 milyon 800 min manat məbləğ müəyyən edilib.


Qeyd edək ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, 95 ünvanında yerləşən hotelin ümumi sahəsi 1 078.1 kvadratmetrdir.

Mənbə axar.az

Oxşar Xəbərlər