Cəmiyyət

Simonyan Qafarova ilə İstanbulda görüşəcək

14 Apr 2026, 13:50 2 baxış
Simonyan Qafarova ilə İstanbulda görüşəcək

Ermənistan parlamentinin sədri Alen Simonyan İstanbulda keçiriləcək Parlamentlərarası Birliyin 152-ci Assambleyasında iştirak edəcək.


Axar.az xəbər verir ki, bunu Simonyan Ermənistan parlamentində keçirilən brifinqdə deyib.


O bildirib ki, orada azərbaycanlı həmkarı Sahibə Qafarova və gürcü həmkarı Şalva Papuaşvili ilə görüşməyi planlaşdırır:


“Orada bir çox ölkənin parlament rəhbərləri iştirak edəcək. Hazırda azərbaycanlı və gürcü həmkarlarla görüşlər planlaşdırılır”.

Mənbə axar.az

Oxşar Xəbərlər