Cəmiyyət

Füzulidə mina partlayışı: ANAMA əməkdaşı həlak oldu

14 Apr 2026, 12:02 2 baxış
Füzulidə mina partlayışı: ANAMA əməkdaşı həlak oldu

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı aprelin 14-də Füzuli rayonunda baş verən mina hadisəsində həlak olub.


Bu barədə Axar.az-a ANAMA-dan məlumat verilib.


Bildirilib ki, hadisə rayonun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində baș verib.


Agentliyin əməkdaşı 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışı baş verib.


Hadisə nəticəsində əməkdaş həyatını itirib.

Mənbə axar.az

Oxşar Xəbərlər